Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda sahibkarlara kreditlərin verilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
Qobustanda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 220 mln. manat məbləğində güzəştli kredit veriləcək.
A.Əzizov