2015-ci ilin 10 ayı ərzində Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi $260 mln. təşkil edib. Bu barədə Belarusun Bakıdakı səfiri Gennadi Axramoviç bildirib.
“2015-ci ilin 10 ayı ərzində Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi $260 mln. təşkil edib ki, bu da ötən ilin səviyyəsindən 90% çoxdur. Düşünürəm ki, cari ilin yekunları üzrə ən yüksək - $330 mln.-luq səviyyəyə çatacağıq”, - deyə G.Axramoviç ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bütövlükdə 2015-ci il Azərbaycan-Belarus əməkdaşlığı üçün dolğun il olub. Ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib, bir sıra sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib.
“Əməkdaşlığımızın əsasını ticari-iqtisadi münasibətlər təşkil edir. Belarus və Azərbaycan iqtisadiyyatı bir-birini tamamlayır”, - deyə diplomat qeyd edib.
F.İsazadə