Fövqəladə Hallar Nazirliyi dekabrın 21-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədilə dənizə çıxmış və batdığı ehtimal olunan 2 nəfərin axtarışına başlayıb.
Nazirliyin məlumatında deyilir ki, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
B.Rüstəmbəyov