“Rabitəbank” ASC “Zolotaya Korona” beynəlxalq pul köçürmələri xidmətinə qoşulub. Bu barədə xidmətin məlumatında qeyd edilir.
“Zolotaya Korona” xidmət sisteminin yeni məntəqələri artıq Azərbaycanın 16 regionunda açılıb. Bankın filial şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Şirvan, Ağsu, Masallı və Ağcabədidə yerləşir”, - deyə məlumatda deyilir.
1993-cü ildə təsis edilmiş “Rabitəbank” universal maliyyə institutudur və respublikanın iri bankları arasında öz mövqeyini tutur. Bankın infrastrukturu 22 filial, 1 şöbə və baş ofisdən ibarətdir.
“Rabitəbank”ın müştəriləri sərfəli tariflə -1%-dən (əməliyyatın məbləğ və istiqamətindən asılı olaraq) başlayaraq “Zolotaya Korona” ilə pul köçürmələrini MDB ölkələrinə və uzaq xaricə həyata keçirmək imkanı əldə ediblər. Bundan başqa, bankda xüsusi təklif - “0% tarifi” qüvvədədir: xidmət məzənnəsi üzrə valyuta köçürməsinin konvertasiya ilə göndərilməsi zamanı xidmətə görə komissiya mövcud deyil. Köçürmələr ani, ünvansızdır, hesab açılmadan göndərilir.
“Rabitəbank ənənəvi olaraq kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb, lakin universal kredit müəssisəsi kimi bankın strategiyası biznesin pərakəndə istiqamətinin hərtərəfli inkişafını da nəzərdə tutur.
“Rabitəbank artıq 22 ildir ki, Azərbaycanın maliyyə bazarında uğurla fəaliyyət göstərir. Bank aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın ən şəffaf 5 bankı sırasına daxil edilən, etibarlı və dinamik inkişaf edən maliyyə institutu kimi böyük nüfuza malikdir. Biz Azərbaycanda yeni tərəfdaşın “Zolotaya Korona” pul körçürmələri xidmətinə qoşulmasını alqışlayırıq və səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqda əminik”, - deyə məlumatda “Zolotaya Korona - Pul köçürmələri” xidmətinin direktoru İvan Sitnova istinadən bildirilir.
A.Əzizov