İndiyədək İran şirkətləri Azərbaycanda əsas kapitala $760 mln., qeyri-neft sektoruna $145 mln. məbləğində investisiya yatırıblar. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tehranda bəyan edib.
“Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 450-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir”, - deyə Ş.Mustafayev Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclasında bildirib.
Onun sözlərinə görə, müxtəlif sektorlarda İranla Azərbaycan arasında əməkdaşlığın gələcək inkişafı üçün böyük imkanlar var. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tranzit yükdaşımaları, turizm sahələrində ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımından geniş potensial mövcuddur.
Ş.Mustafayev əlavə edib ki, indiyədək iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb.
A.Axundov