“Sumqayıt” elektrik stansiyası 2015-ci ilin yanvar-noyabr aylarında 2 mlrd. 715,9 mln. kilovatsaat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” SC-dən məlumat verilir.
Noyabr ayında elektrik stansiyasında elektrik enerjisi istehsalı 288,2 mln. kilovatsaat təşkil edib.
2014-cü ildə stansiyada 2 mlrd. 589,6 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib.
Xəbər verildiyi kimi, “Sumqayıt” elektrik stansiyası 2009-cu ilin noyabrında istismara verilib. Stansiya hər birinin gücü 164 Mvt olan 2 qaz turbini və 189 Mvt gücündə 1 buxar turbinindən ibarətdir.
Bu stansiya Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təchizatını təmin edir.
A.Əzizov