Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) ilə “Ernst & Young” beynəlxalq audit şirkəti arasında 2014-2015-ci illər üçün AXDG-nin Davamlı inkişaf haqqında hesabatının auditinin keçirilməsi haqqında müqavilə imzalanıb. Hazırda mütəxəssislər tərəfindən işlənən hesabatın 2016-cı ilin birinci yarısında “Ernst & Young” şirkətinə təqdim edilərək müstəqil auditor rəyinin alınması nəzərdə tutulur”,- deyə AXDG-nin məlumatında bildirilir.
Sənəddə 2014-2015-ci illərdə keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini tapacaq.
“Gəmiçiliyin Davamlı inkişaf haqqında hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələblərinə uyğun olaraq hazırlanır. Bu hesabat dərc edildikdən sonra AXDG Xəzər hövzəsində sosial korporativ məsuliyyəti üzrə fəaliyyətinə dair Davamlı lnkişaf haqqında hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olacaq”, - deyə məlumatda bildirilir.
N.Abbasova