Bu günlərdə Türkiyədə xalq yazıçısı Elçinin “Kölgə” adlı yeni kitabı nəşr edilib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Kitab Türkiyənin nüfuzlu “Ötüken” nəşriyyatında dərc edilib.
Kitaba müəllifin məşhur “Bayraqdar” və “Kaşeyin taleyi” povestləri, eləcə də son illərdə yazdığı hekayələri daxil edilib.
Kitabda müəllifin geniş bioqrafiyası da verilib.
Qeyd edək ki, “Kölgə” Elçinin Türkiyədə nəşr olunan iyirmi dördüncü kitabıdır.
A. Zeydullayeva