Amerikalı memarlar Mark Xidekel və Regina Xidekel Bakıda göydələnlərin tikintisini mümkün hesab edirlər.
"İlk növbədə iradə, daha sonra texnoloji imkanlar və maliyyə vəsaiti ilə bu mümkündür. Bakıda vertikal şəkildə çox gözəl binalar tikmək olar. Burada memarlarla görüşlər keçirərkən bir sıra layihələri müzakirə etdik. Məsələn, Bayraq Meydanı ətrafında çox gözəl rayon qurmaq mümkündür. Bunu komanda şəklində etmək olar”,- deyə memarlar “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
M.Hidekel qeyd edib ki, üfiqi binaların tikintisi ideyasını dəstəkləyir. Onun sözlərinə görə, belə binaların tikintisi əlverişlidir və onları Bakıda tikmək mümkündür.
“Beləliklə, Bakı dünyada horizontal binaların tikildiyi ilk paytaxt şəhər ola bilər. Əgər təklif olarsa, bu istiqamətdə Azərbaycanda işləməyə hazıram”, - deyə o bildirib.
Memarın sözlərinə görə, Bakıda binalarda üzlük daşdan istifadə edilməsi şəhərə xüsusi üslub verir.
F.İsazadə