Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri maliyyə riskləri ilə əlaqədar kifayət qədər bank vəsaiti ilə təmin olunmalıdırlar. Bu barədə çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
“Səyahətlərin təşkili ilə məşğul olan şirkətlər kifayət qədər bank vəsaitinə malik olmalıdır. Əgər şirkət 10 nəfərdən ibarət qrupu səyahətə göndərirsə və onlara nəzərdə tutulan xidmətlər göstərmirsə, bu halda bank həmin xidmətlərə görə vəsaiti vətəndaşlara qaytarmaq öhdəçiliyi götürür. Bu məqam tənzimlənəcək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar artıq müvafiq layihə təqdim edilib.
“Əgər vətəndaşdan hər hansı şikayət daxil olarsa, nazirlik ona mütləq baxacaq”, - deyə Ə.Qarayev əmin edib.
A.Zeydullayeva