SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yeraltı qaz anbarı kimi istifadə edilən “Qaradağ” yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
487 nömrəli quyu VIIA horizontuna qazılıb. Quyuya sutkalıq 100 min kubmetr qaz vurulması planlaşdırılır ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.
Xəbər verildiyi kimi, “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib. Ümumilikdə SOCAR-ın balansında iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”.
N.Abbasova