Dekabrın 24-də prezident İlham Əliyev gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezidentə binada yaradılmış şərait barədə məlumat verdi. Qeyd edildi ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb. İ.Əliyev mənzillərin orderlərini sakinlərə təqdim etdi.
Sonra prezident 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında iştirak etdi.
B.Rüstəmbəyov