Pensiyaların sığorta hissəsi 2015-ci ilin yekunları üzrə inflyasiya səviyyəsində indeksləşdiriləcək. Bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verilib.
“Bunun üçün vəsait var və heç bir problem yoxdur”, - deyə E.Mehdiyev qeyd edib.
Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq 2015-ci ilin yekunları üzrə inflyasiya haqqında məlumat əldə edildikdən sonra 2016-cı ilin əvvəllərində indeksləşdirilmə aparılacaq.
Azərbaycan hökuməti 2015-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 4,4% proqnozlaşdırır.
2014-cü ilin yekunları üzrə pensiyaların sığorta hissəsi 1,4% səviyyəsində indeksləşdirilib.
A.Axundov