Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.
Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, R.T.Ərdoğan prezident İ.Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı və əmin-amanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İ.Əliyev təbrikə və diqqətə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.
Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
F.İsazadə