2016-cı ilin əvvəlində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.
“Gələn ilin əvvəlində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Əsasən qarşılıqlı iqtisadi əlaqələrə dair məsələlər müzakirə olunacaq”, - deyə Misirin Bakıdakı səfiri Suzan Cəmil “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, Bakı və Qahirə qarşılıqlı siyasi əlaqələri möhkəmləndirməkdə və yüksək səviyyəli qarşılıqlı səfərlərin sayını və intensivliyinini artırmaqda maraqlıdır.
F.İsazadə