Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) kökumət adından həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatıb. Bu barədə FHN-in mətbuat xidməti məlumat verir.
Xəbər verildiyi kimi, dekabrın 7-də 20 yük maşını və iki benzindaşıyandan ibarət humanitar konvoy Qırğızıstana yola salınıb.
Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, yorğan, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kvadratmetr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.
F.İsazadə