Azərbaycanda hələ ki, hostellərə ehtiyac duyulmur. Bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
“Hələ ki, ölkədə hostellərə kəskin ehtiyac hiss etmirik. Bu məsələ ilə bağlı dövlət proqramı da hazırlamamışıq”,- dey nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan hələ ki, hostellərdə qoyulan qiymətlərə hazır deyil.
“Bu, reallıqdır. Ölkədə keçirilən böyük tədbirlər respublikanın imicinə müsbət təsir göstərdiyinə görə biz 4-5 ulduzlu otellərin tikintisinə daha çox əhəmiyyət veririk”,- deyə Ə.Qarayev söyləyib.
“Növbəti addım üç və iki ulduzlu otellərin tikintisi olacaq. Yalnız bundan sonra ölkənin infrastrukturu bel çantalı turistlərə hazır olanda hostel tikintisi barədə düşünmək olar”,- deyə nazir qeyd edib.
A.Zeydullayeva