Manatın devalvasiyası 2016-cı ildə gənclər və idman sahəsi üçün nəzərdə tutulmuş büdcəyə təsir etməyəcək. Bu barədə gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına dair mətbuat konfransında bəyan edib.
“Manatın məzənnəsinin ucuzlaşması gələn il Bakıda keçiriləcək Formula-1 yarışlarının Avropa Qran prisinin Bakı mərhələsi və Ümumdünya Şahmat Olimpiadasina təsir etməyəcək. Həmin tədbrlərin büdcələri dollarla hesablanıb”, - deyə A.Rəhimov vurğulayıb.
Onun sözlərinə görə, həmçinin devalvasiya 2016-cı ildə gənclər və idman sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərə də təsir göstərməyəcək.
Bundan başqa, nazir gənclər şəhərciyinin tikintisi məsələsinin gündəmdə olmadığını deyib.
R.Babayev