Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhəd xəttinin uzunluğu 480 kilometr təşkil edir, bunun 314 kilometr hissəsi razılaşdırılıb. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov yerli KİV-ə müsahibəsində bildirib.
“Bu barədə müvafiq protokollar imzalanıb. Komissiyalar və işçi qrupları səviyyəsində keçirilən görüşlərdə dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələr aparılır”, - deyə nazir bəyan edib.
Onun sözlərinə görə, cari ilin mart ayında Tbilisi şəhərində Dövlət Komissiyasının iclası keçirilib. Eyni zamanda, razılaşdırılmamış sahələr üzrə komissiyaların ekspert qrupları səviyyəsində də mütəmadi olaraq yerində baxış və işçi görüşlər həyata keçirilir.
“Qeyd etməliyəm ki, Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində bu məsələnin də həlli qarşılıqlı anlaşma şəraitində müzakirə olunur”, - deyə E.Məmmədyarov vurğulayıb.
B.Rüstəmbəyov