Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev respublikada kino sənayesinin inkişafından razı qaldığını bildirib.
“Azərbaycanda istehsal olunan kinofilmlər beynəlxalq film festivallarında və digər forumlarda uğurla nümayiş etdirilir”, - deyə Ə.Qarayev cümə günü Bakıda 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda kino keyfiyyətcə yeni səviyyəyə yüksəlib və öz şöhrətini geri qaytarıb.
“Bu gün kino sənayesinə ayrılan pullar boş yerə sərf olunmur. Bütün vəsaitlər səmərəli istifadə olunur və kinematoqrafçılarımızın gördüyü iş göz qabağındadır”, - deyə nazir qeyd edib.
Bundan başqa, Ə.Qarayev bildirib ki, bir çox mədəniyyət evlərində Azərbaycan filmlərinə tamaşa etmək üçün monitorlar quraşdırılır.
A.Zeydullayeva