Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Müvafiq qərar baş nazirArtur Rasizadə tərəfindən imzalanıb.
“Mərkəz əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədi ilə yaradılır”, - deyə hökumətdən qeyd ediblər.
Əmlak Məsələləri Dövlət Komitəsinə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
N.Abbasova