Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra strukturunun ləğv edilməsinə dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, "Selen" Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.
Həmin mərkəzlərin və büronun ləğv edilməsi AMEA-nın yeni strukturunun təsdiq edilməsi ilə bağlıdır.
A.Əzizov