“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2016-cı il martın 27-dən Bakı-Berlin marşrutu üzrə müntəzəm reysləri bərpa edəcək. Bu barədə QSC-nin məlumatında bildirilir.
Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 08:00-da, Tegel Beynəlxalq Hava Limanına enmə yerli vaxtla saat 09:55-də, Berlindən uçuş yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə Bakı vaxtı ilə saat 18:25-də olacaq.
Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.
Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu “Airbus A319” laynerləri ilə həyata keçiriləcək.
N.Abbasova