Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə konsert keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Konsertə BDU-nun nəzdində fəaliyyət göstərən “Russkiy mir” Fondunun Rus Mərkəzi, “Rossotrudniçestvo” agentliyi və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi təşkilatçılıq edib.
Konsertə BDU rəhbərliyinin nümayəndələri, Beynəlxalq şöbənin əməkdaşları, professor- müəllim heyəti və tələbələr tamaşa ediblər.
Tədbirin sonunda çıxış edən artistlərə və konsertin aparıcılarına Rus Mərkəzi tərəfindən təşəkkür məktubu təqim edilib.
A.Zeydullayeva