Bu gün prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.
Dövlət başçısı yeni çıxışda yaradılan şəraitlə tanış olub.
R.Babayev