Azərbaycan Auditorlar Palatası (AAP) «Turizm müəssisələrində audit aparılmasına dair» proqram hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AAP-dan məlumat verilib.
“Turizm Azərbaycan iqtisadiyyatı üçün vacib rol oynayır. Bundan əlavə, turizm fəaliyyətinin şəffaflığını təmin etmək lazımdır. Bununla əlaqədar Hesablama Palatası «Turizm müəssisələrində audit aparılmasına dair» proqram hazırlayıb. Proqrama xüsusi metodologiya və tövsiyələr daxildir”, - deyə AAP nümayəndəsi bildirib.
Onun sözlərinə görə, AAP Şurası bu proqramı noyabrın sonunda keçirilmiş iclasda təsdiq edib.
Ötən həftə Auditorlar Palatası Turizm Assosiasiyası, turizm şirkətləri və müəssisələrinin üzvləri üçün proqramın təqdimatını keçirib”,- deyə AAP-dan qeyd olunub.
A.Əzizov