Hazırda Azərbaycanda 15 min nəfərə yaxın şəxs səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin olunur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, nazirliyin sosial xidmət müəssisələrində 1,06 min nəfər tam dövlət təminatında yaşayır ki, onlardan 330 nəfərdən çoxu sağlamlıq imkanları məhdud uşaqlardır.
Nazirliyin sosial işçiləri tərəfindən 12 min 350 nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial-məişət xidmətləri ilə təmin edilir.
Bundan başqa, nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi müvafiq layihələr çərçivəsində 1,5 min nəfərdən çox ehtiyacı olan uşağa, eləcə də onların ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.
R.Babayev