Bu gün Yevlax rayonunda 3,2 maqnitudalı zəlzələ olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Zəlzələ Yevlax rayonu ərazisində saat 09:17-də Mingəçevir şəhərindən 28 km cənubda qeydə alınıb. Zəlzələnin episentri 32 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss edilməyib.
A. Zeydullayeva