Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci ildə bir sıra QHT-lərin üzləşdiyi ciddi problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçirib. Bu barədə Şura Katibliyinin mətbuat xidməti məlumat verir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının2015-ci ilin yekunlarına həsr olunmuş iclasında Şura sədri, millət vəkili Azay Quliyev Şuranın Hüquq və Monitorinq Komissiyasının hesabatının müzakirəsini təklif edib.
Komissiyanın sədri Əliməmməd Nuriyev qurumun 2015-ci ildəki fəaliyyəti barədə hesabat verib.
“Komissiyanın fəaliyyəti müddətində 9 QHT nümayəndələrinin sərhəd-buraxılış məntəqələrində əlavə yoxlamaları aradan qaldırılıb, 10 QHT-yə xarici donorlardan alınan qrant müqavilələrinin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi təmin edilib, 1 QHT-yə qarşı qaldırılmış cinayət işi dayandırılıb, 7 QHT-nin bank hesabından həbs götürülüb. Eyni zamanda, bir çox QHT-lərlə bağlı vergi yoxlamaları əsasən dayandırılıb, 6 beynəlxalq qurumla Şura arasında Analaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri başa çatdırılıb”, - deyə o bildirib.
R.Babayev