2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların sığorta haqları 403,1 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 5,3% çoxdur. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında deyilir.
Cari ilin yanvar-noyabr aylarında sığortaçıların ödənişləri 157,5 mln. manat təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 9,7% artıb.
Hesabat dövrü ərzində sığortaçılar sığorta haqlarının hər 100 manatı üçün 39,1 manat məbləğində ödəniş həyata keçiriblər, 2014-cü ilin yanvar-noyabr aylarında bu göstərici 37,5 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə sığortaçıların sığorta haqları 5,8%, ödənişləri 28% artıb.
A.Əzizov