Bu gün Milli Məclisin payız sessiyasının son plenar iclasında yeni İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsi qəbul edilib.
Məcəllənin mətni baxılmaq üçün Milli Məclisə Prezident Administrasiyası tərəfindən təqdim edilmişdi.
Yeni İnzibati Xətalar Məcəlləsi 6 bölmə, 40 fəsil və 608 maddədən ibarətdir.
Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi 6 bölmə, 35 fəsil və 458 maddədən ibarətdir.
İclasda qeyd edilib ki, məcəllənin yeni layihəsi mövcud məcəllə əsasında hazırlanıb, məcəlləyə 280 dəyişiklik edilib.
Yeni İnzibati Xətalar Məcəlləsi 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
R.Babayev