2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 40 minə yaxın müraciətə baxılıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, bu barədə 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Qeyd edilir ki, 9 min 300 nəfərdən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.
F.İsazadə