Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il büdcəsini təsdiq edib
Sənədə əsasən, ARDNF-in 2016-cı il üçün gəlirləri 6 mlrd. 711 mln. 564,1 min manat, xərcləri 8 mlrd. 181 mln. 399,7 min manat səviyyəsində proqnozlaşdırılır.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Əzizov