2015-ci ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən kameral vergi yoxlamaları nəticəsində dövlət büdcəsinə 139,7 mln. manat vəsait daxil olub.
“2015-ci ilin ötən 11 ayı ərzində ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib”, - deyə nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Vergilər Nazirliyi vergi ödəyicilərinin vergi borclarını ödəmələri məqsədi ilə məsləhətləşmələri fəallaşdırıb. “Görülən tədbirlər nəticəsində bir çox vergi ödəyiciləri öz vergi borclarını tamamilə ödəyib, vergi ödəyicilərinin bir hissəsi borclarını azaldıb. Borcunun miqdarı az olan 24 minə yaxın vergi ödəyicisi öz borcunu tamamilə ödəyib”,- deyə məlumatda qeyd edilir.
A.Əzizov