“Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat evrilib.
Nazirliyin məlumatına görə, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.
“Qarant Sığorta” ASC “Garant Holding” qrupuna daxildir. Şirkət 2007-ci il noyabrın 29-da fəaliyyət üçün lisenziya alıb. Nizamnamə kapitalı 5 mln. manata bərabərdir.
2015-ci ilin yanvar-oktyabr ayları ərzində şirkətin sığorta haqları 3 mln. 993,577 min manat, ödənişləri 1 mln. 704,781 min manat təşkil edib.
Hazırda Azərbaycanda 27 sığorta şirkəti lisenziyaya malikdir.
A.Axundov