Prezident İlham Əliyev aztəminatlı ailələrə 5,3 mln. manat məbləğində birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılıb.
Prezident İ.Əliyevin sərəncamı ilə 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ayrılıb.
F.İsazadə