Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər evi istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gənclər evi Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib. 2013-cü ildən tikintisinə başlanılmış mərkəz 3 mərtəbədən ibarətdir.
Obyektin ümumi tikinti sahəsi 710,4 kv.metr, tikinti obyektlərinin ümumi sahəsi 2229,5 kv.metrdir.
Mərkəzin tikintisi 2015-ci ilin may ayında başa çatıb.
A.Zeydullayeva