Azərbaycan arxeoloqları Fransada keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Fransanın Sen-Jermen-an-Le şəhərində “Xəzər dənizi ətrafı – Son Tunc ilk Dəmir dövründə əlaqələr, məkanlar, ərazilər” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda Xəzərətrafı ölkələrdə son illər ərzində aparılmış arxeoloji tədqiqatların nəticələri müzakirə edilib.
Tədbirdə Xəzərətrafı ölkələrdən – Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran arxeoloqları, həmçinin ABŞ, Avstraliya, Avstriya, Almaniya, Fransadan olan və Xəzərətrafı regionda son illər tədqiqatlar aparan tədqiqatçı alimlər iştirak ediblər.
A. Zeydullayeva