Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə manatın dollara nisbətən rəsmi məzənnəsini dekabrın 30-da qeydə alınmış 1,5594 manat/$1 səviyyəsinə qarşı 1,561 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,1026% ucuzlaşıb.
AMB yanvarın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsini dekabrın 30-da qeydə alınmış 1,7046 manat/1EUR səviyyəsinə qarşı 1,6895 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8858% möhkəmlənib.
Yanvarın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi dekabrın 30-da qeydə alınmış 0,0216 manat/1RUR səviyyəsinə qarşı 0,0215 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manatın rubla qarşı məzənnəsi 0,463% möhkəmlənib.
A.Axundov