Dövlət Gömrük Komitəsi (DGK) “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidmətini “Elektron Hökumət” portalına (www.e-gov.az) inteqrasiya edib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında bildirilir.
“Vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək. Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkdaşına təqdim etməlidir”, - deyə məlumatda qeyd edilir.
Nazirliyin məlumatına görə, bu xidmət də nəzərə alınmaqla, DGK-nın “Elektron Hökumət” portalına inteqrasiya etdiyi xidmətlərin sayı 9-a çatıb.
N.Abbasova