2016-cı il yanvarın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $44 mln.-dan çox vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Belə ki, fondun hesabında 69 mln. 847.993,83 min manat, $211,791 min və 1793,69 avro toplanıb.
Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb.
2015-ci ilin dekabr ayında milli valyutanın devalvasiyasından öncə bu məbləğ $65 mln.-dan artıq təşkil edib.
F.İsazadə