“Meliorator Tikinti və Quraşdırma” MMC Vergilər Nazirliyinin inzibati binasında cari təmir işləri aparacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Vergilər Nazirliyi 2015-ci il dekabrın 28-də “Meliorator Tikinti və Quraşdırma” MMC ilə nazirliyin inzibati binasında cari təmir işlərinin aparılması haqqında müqavilə bağlayıb”, - deyə agentlikdən bildirilib.
Müqavilənin dəyəri 54 min 532,57 manat təşkil edir.
A.Əzizov