"Viza Kredit" bank olmayan kredit təşkilatı (BOKT) istiqrazların iki emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.
QKDK istiqrazların iki emissiya prospektini qeydiyyata alıb.
Birinci emissiya $500 min təşkil edəcək və bir qiymətli kağızın nominal dəyəri $1 min olan 500 ədəd istiqraza bölünüb.
İkinci emissiya 90 min manat təşkil edəcək və bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 90 ədəd istiqraza bölünüb.
Hər iki emissiya kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
“Viza Kredit” 2011-ci ilin oktyabr ayında yaradılıb. BOKT istehlak, avtomobil kreditləri, lombard kreditlərinin verilməsi ilə məşğul olur.
A.Əzizov