SOCAR-ın (Azərbayan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti tərəfindən “Neft Daşları” yatağında yeni quyunun qazma işlərinə başlanılıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2617 nömrəli quyunun qazma işləri 418A saylı estakadayanı meydançadan həyata keçirilir. Layihə dərinliyi 1070 min metr təşkil edən quyu Qala Lay Dəstəsinə qazılacaq.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova