“Gallup” analitika şirkəti tərəfindən aparılmış sorğunun nəticələri göstərib ki, Azərbaycan dünyanın ən xoşbəxt ölkələrinin dördlüyünə daxildir.
Sorğunun nəticələrinə əsasən, xoşbəxt ölkələrin ilk üçlüyünə Kolumbiya (85%), Fici (82%) və Səudiyyə Ərəbistanı (82%) daxildir.
Daha sonra Azərbaycan (81%), Vyetnam (80%), Argentina və Panama (79%) gəlir.
Sorğuda iştirak edənlərin 33%-i hesab edir ki, 2016-cı il ötən ildən daha yaxşı olacaq, 19% pessimist yanaşıb, 23% neytral qalıb.
Respondentlərin 36%-i 2016-cı ildə respublikada iqtisadi inkişafın sürətlənəcəyini, 21% mənfi nəticələr gözlədiyini, 11% vəziyyətin əvvəlki səviyyədə qalacağını bildirib.
Sorğuda iştirak edənlərin 66%-i öz həyatından razı olduğunu, 23%-i nə xoşbəxt, nə də bədbəxt olduğunu, 10%-i isə xoşbəxt olmadığını bildirib.
Sorğunun nəticələrinə görə, İraq vətəndaşları özlərini dünyada ən az xoşbəxt hesab edənlərdir.
Sorğuda dünyanın 68 ölkəsindən 66 min nəfər iştirak edib.
F.İsazadə