Sankt-Peterburq şirkətləri Azərbaycan müəssisələri ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Sankt-Peterburqun energetika, maşınqayırma, kimya sənayesi, əczaçılıq, logistika və ticarət sahələrində fəaliyyət göstərən 10 şirkəti fonda əməkdaşlıq təklifi göndərib.
“Silovıe maşinı” ASC, “REP Holdinq” QSC, “ Zvezda-Energetika” ASC, “Plastpolimer” ASC, “Xarms” MMC, “Sankt-Peterburq Əczaçılıq fabriki” ASC, “Ezet” MMC və başqa şirkətlər Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov