Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) istehlak səbətinə daxil olan məhsulların qiymət artımının monitorinqini həyata keçirir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında məlumat verib.
“Hər həftənin çərşənbə axşamları və cümə günləri ölkənin altı regionunda istehlak səbətinə daxil edilmiş məhsulların qiymətlərinin monitorinqi aparılır.
Nazirlik yanvar ayının sonunadək sosial müavinətlərin həcminin müəyyən edilməsi üçün bu məsələni daimi nəzarətdə saxlayır”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, monitorinq Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Tovuz və Ağsu bazarlarında həyata keçirilir.
R.Babayev