Azərbaycanda “donuz qripi” (A/H1N1) ilə bağlı vəziyyət sabitdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
“Sərhəddə nəzarət-keçid məntəqələrində insanın yüksək bədən hərarətini qeydə alan cihazlar quraşdırılıb”, - deyə S.Əhmədova bildirib.
Onun sözlərinə görə, hələlik bu virus qeydə alınmayıb.
“Vəziyyət nəzarət altındadır. Virusun olmasına dair şübhələr yaranarsa, nümunələr (yaxma) götürülərək Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndəriləcək”, - deyə o qeyd edib.
Son günlər bir sıra mətbu orqanında İran, Ermənistan, Türkiyə və Gürcüstanda A/H1N1 virusuna yoluxma hallarının qeydə alınması barədə məlumat verilir.
A.Zeydullayeva