Bakı Slavyan Universitetinin (BSU) rektoru Asif Hacıyev Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşdə olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzdən məlumat verilib.
Görüş zamanı tərəflər Azərbaycanla Misir arasında mədəni əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini qeyd ediblər.
Bundan başqa, görüş iştirakçıları hər iki ölkənin universitetləri arasında müqavilələrin bağlanması, elm xadimlərinin məqalələrinin qarşılıqlı nəşr olunması zərurəti və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
A.Zeydullayeva