ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Ed Roysla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə amerikalı diplomat özünün “Twitter” səhifəsində yazıb.
“Xarici İşlər Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm.Biz münaqişənin həlli istiqamətindəmüzakirələri davam etdirməyə dair razılıq əldə etdik”, - deyə C.Uorlik qeyd edib.
R.Babayev